Trampdan İrana sərt mesaj: “Sanksiyaların ləğvi gündəmdə deyil”

13:33 28 May 2026

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamalarında Vaşinqtonun əsas məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib. O, İranın danışıqlar üçün irəli sürdüyü “sanksiyaların ləğvi” tələbini qəbul etmədiklərini deyib.

Sitat.info xəbər verir ki, Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edən Tramp, ABŞ-ın bu məsələdə geri addım atmayacağını vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton üçün prioritet məsələ İranın nüvə imkanlarının məhdudlaşdırılmasıdır.

“İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Bu məsələdə qətiyyətliyik” - deyə Tramp bildirib. 

ABŞ prezidenti Hörmüz boğazı ilə bağlı da danışıb. O qeyd edib ki, boğaz beynəlxalq sular hesab olunur və heç bir ölkə onu təkbaşına nəzarətdə saxlaya bilməz. Trampın sözlərinə görə, “Hörmüz boğazı hamı üçün açıq qalmalıdır”.

 Aytac,

Sitat.info 



Xəbər xətti