ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Yunanıstanda da qiymətlərin artmasına və ailə büdcələrinə mənfi təsir göstərib.
Sitat.info Əl-Cəzirə-yə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis danışıb.
O bildirib ki, hökumətlə ölkənin iki əsas neft emalı zavodu arasında əldə olunan razılaşmaya əsasən, yay aylarında yanacaq qiymətləri endiriləcək.
Parlamentdə çıxışı zamanı Mitsotakis qeyd edib ki, benzinin qiyməti hər litr üçün 10 sent, dizel yanacağının qiyməti isə 5 sent aşağı salınacaq. Onun sözlərinə görə, bu güzəşt avqustun sonunadək qüvvədə olacaq.
Baş nazir əlavə edib ki, qərar İran ətrafında yaranmış gərginliyin enerji bazarına təsirini və vətəndaşların artan yaşayış xərclərini qismən kompensasiya etmək məqsədi daşıyır.
Aytac,
Sitat