Prokuror "Beniz" ləqəbli tiktokerə ağır cəza istədi

14:09 14 İyul 2026

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə istintaqı yekunlaşıb.

Sitat.info "Unikal"a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra dövlət ittihamçısı Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edib.

Prokuror məhkəməyə Aybəniz Xəlilovanın 11 il azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi Xalid Kərimovla Bəniz ləqəbli tiktoker uzun müddət sevgili münasibətində olublar.



Xəbər xətti