Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş

14:05 25 İyul 2026

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

Sitat.info APA-ya istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.



Xəbər xətti