Bir tərəfdən İran ilə ABŞ arasında davam edən müharibə, digər tərəfdən isə Səudiyyə Ərəbistanı ilə husilər arasında baş verən toqquşmalar Körfəz regionunda turizm sektoruna ciddi təsir göstərib.
Münaqişələr səbəbindən minlərlə aviareys ləğv olunub, bəzi ölkələr hava məkanını bağlayıb. Nəticədə otellərdə doluluq səviyyəsi təxminən 40 faizə qədər enib və turizm sektoru ciddi itkilərlə üzləşib.
Bölgəyə hər il milyonlarla turist səfər etsə də, təhlükəsizliklə bağlı narahatlıqlar turist axınının azalmasına səbəb olub.
Turizmi canlandırmaq məqsədilə Birləşmiş Ərəb Əmirlikləri yeni təşviq proqramına başlayıb. Proqrama əsasən, dostlarını ölkəyə dəvət edən BƏƏ vətəndaşlarına 816 ABŞ dolları məbləğində mükafat veriləcək. Rəsmilər bu addımla turizm gəlirlərini yenidən artırmağı hədəflədiklərini bildiriblər.
Araşdırmalara görə, müharibə səbəbindən Körfəz ölkələrinə səfərdən imtina edən turistlərin əksəriyyəti İspaniya, İtaliya və Türkiyə kimi alternativ istiqamətlərə üstünlük verir.
Nigar,
Sitat.info