Lerik rayonu, Zərdəbərə kənd sakini Əliyev Rizvan qonşusu Əliyev Vaqifin onun 9 yaşlı övladına xəsarət yetirdiyini iddia edir.
Sitat.info-ya danışan zərərçəkən övladının aprelin 4-də məktəbdən çıxarkən qonşusu Əliyev Vaqif Şirindil oğlu və oğlu Əliyev Ruslan Vaqif oğlu tərəfindən qovulub. Nəticədə uşaq yıxılaraq, başından xəsarət alıb:
"Hadisə aprelin 8-də baş verib. Uşaq evə gələndə Əliyev Vaqifin zəbt etdiyi yoldan keçib. Bu zaman onu qovublar. Uşağın ayağı ilişib yıxılıb, başından ciddi zədə alıb. Lənkəran Rayon Xəstəxanasına apardıq, tikiş qoydular. Sonra Bakıya apardıq və uşağa kəllə-beyin travması diaqnozu qoydular. Bu adam özbaşınalıq edərək 2 hektar torpaq zəbt edib və dədə-baba yolumuzu də həmin əraziyə qatıb hasarlayıb. Oradan keçənlərə hücum edir, təhqir edir, bu vəziyyətə salır. Öz həyətimizə əsas yoldan yox, dolayı cığırlarla keçə bilirik. Narazılığımızı bildirəndə də əlinə ağac alıb bizi vurur. Dəfələrlə belə hallar olub. Şəhərdən alıb gətirdiyimiz ərzağı, odunu, ot bağlamalarını evimizə qədər gətirə bilmirik, yolun ortasında boşaldıb uzunqulaqla evimizə daşıyırıq".
Zərərçəkən deyir ki, bu ədavət qonşusunun qansunuz olaraq, sakinlərin yolunu özəlləşdirməsindən sonra başlayıb: "Bir neçə qonşunun istifadə etdiyi bu yol 1990-cı ildən var. Hamının ortaq yolu idi. Əliyev Vaqif bir neç ildir ki, özbaşına, bələdiyyə torpağını qeyri-qanuni özəlləşdirib. Bundan əlavə 2 hektar ərazini də zəbt edib. Orada yalnız öz heyvanını otarır, ancaq başqalarının heyvanlarını buraxmır.
Bu məsələ ilə bağlı Lerik Rayon Məhkəməsinin 2025-ci ildə qərarı da var. Məhkəmə Əliyev Vaqifin həmin torpaqdan 0.23 ha hissəsini azad etməsi ilə bağlı qərar çıxarıb. Ancaq Əliyev Vaqif bu qərarı heçə sayır. İstədiyi adamı o yoldan buraxır, istəmədiyi adamı buraxmır. Bizi blokadaya salıb. Təsəvvür edin ki, yük maşınlarımıza yoldan keçməyə icazə vermir, məcbur qalıb yolumuzu 600-700 metr uzadırıq, üstəgəl digər yol dar cığırdan ibarətdir. Bu il 600 ədəd ot bağlamalarımı uzunqulaqlarla həyətimə daşıyıb gətirdim. Evimizə un və sairə ərzaqlar alanda onu da uzunqulaqla gətirirəm. Belə şey heç yerdə yoxdur.
Məsələ ilə bağlı Lerik Rayon Polis İdarəsinə ərizə ilə şikayət etmişik. Ümid edirəm ki, hüquq-mühafizı orqanları bu insan haqda ölü götürəcək".
Aytac,
Sitat.info