"Qarabağ"ın potensial rəqibləri bəlli olub

20:07 3 Avqust 2026

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.



Xəbər xətti