“Rusiyanın bircə mərmisi də NATO ölkəsinə düşməyib” – deputat
Rusiyanın guya Qərbə hücum etmək planları ilə bağlı Qərbdə yaranan “isterika” əsassızdır.
Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib.
Onun sözlərinə görə, indiyədək Aİ və ya NATO ölkələrinin ərazisinə bir dənə də olsun Rusiya mərmisi və ya digər partlayıcı qurğu düşməyib.
Deputat Leypsiq hava limanında baş verən dron insidenti ilə bağlı Rusiyaya yönələn ittihamları da “açıq təxribat” adlandırıb.
Kolesnik eyni zamanda Qərb silahlarının Rusiyaya qarşı fəal şəkildə istifadə edildiyini vurğulayıb.
Nigar,
Sitat.info