ABŞ-dən İrana nüvə təklifi: “Razılaşma olsa, yanacaqla təmin edəcəyik” 

ABŞ-dən  İrana nüvə təklifi: “Razılaşma olsa, yanacaqla təmin edəcəyik” 
Dünya 14 Sentyabr 2026 16:05

ABŞ-nin energetika naziri Kris Rayt Vaşinqtonun İranla nüvə məsələsində razılaşma əldə olunacağı təqdirdə Tehranın xaricdən nüvə yanacağı ilə təmin edilə biləcəyini bildirib. Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, o, “Bloomberg”ə müsahibəsində deyib ki, İranla nüvə proqramı üzrə razılaşma əldə olunarsa, ABŞ bu ölkəyə lazım olan yanacağın xaricdən tədarükünü təmin edə bilər. “Biz İrana xaricdən yanacaq tədarük edə bilərik”, – deyə amerikalı nazir bildirib. Bununla yanaşı, Rayt İranın nüvə proqramının məqsədləri ilə bağlı Vaşinqtonun mövqeyini təkrarlayaraq Tehranın nüvə silahı istehsal etməyə çalışdığını vurğulayıb. İran isə bu ittihamı dəfələrlə rədd edib və heç vaxt nüvə silahı əldə etməyə çalışmadığını bəyan edib.

Aytac,

Sitat.info