Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı
SİYASƏT 05 Oktyabr 2026 18:43

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev və Ukrayna Ombudsmanı Dmitro Lubinets Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.

Sitat.info xəbər verir ki, Yuriy Husyev bu barədə “X” hesabında paylaşım edib.

    Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq və humanitar məsələlər müzakirə olunub.

    Ukraynanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlıq ifadə edilib.