Azərbaycanın tranzit potensialının inkişafı istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər sırasında intermodal daşımaların sadələşdirilməsi mühüm yer tutur.
Sitat.info xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Gömrük Komitəsindən bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Qazaxıstan və Türkmənistan istiqamətində konteyner yüklərinin daşınmasında gömrük prosedurlarının sürətləndirilməsi məqsədilə Bakı limanında və Hövsan qəsəbəsi limanında yol sənədi dəyişdirilmədən yalnız vaqonların nömrələri dəyişdirilir.
"Biznes mühiti və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi ilə bağlı tədbirlərin yaxşılaşdırılması məqsədilə yeni Avropa Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma istiqamətində addımlar atıBelə ki, 2020-ci il iyunun 1-dən 2022-ci il martın 31-dək Ümumi Tranzit Prosedurları haqqında Konvensiyaya qoşulmaq, məhsul ticarətində sənədləşməni sadələşdirmək və yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulma prosesində Dövlət Gömrük Komitəsinə dəstək olmaq məqsədilə Aİ müvafiq tvinninq layihəsi reallaşdırıb.
Onun əsas məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında ticarət prosedurlarını sadələşdirmək olub", - deyə DGK-dan bildirilib.
Mətbuat xidmətindən onu vurğulayıblar ki, vahid sənədləşmədən istifadə etməklə NCTS-dən istifadə gömrük prosedurları üçün tələb olunan sənədlərin sayını minimuma endirib.
"Bundan əlavə, bu sənəd yükdaşımanın bütün marşrutu üzrə elektron məlumat mübadiləsi vasitəsilə mümkün risklərin qiymətləndirilməsini sürətləndirməyə imkan verib.
Həmçinin, bu qərarın köməyi ilə biz "Made in Azerbaijan" brendi altında Azərbaycan mallarını xarici bazarlara, o cümlədən Aİ bazarlarına çıxarmaq üçün əlavə imkan əldə etdik", - deyə mətbuat xidmətindən qeyd ediblər.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan və Qazaxıstan "CAREC - Advanced Transit System (CATS)" proqramı çərçivəsində NCTS əsasında alternativ rəqəmsal tranzit sistemindən istifadə üçün proqram təminatına müqavilə və texniki şərtlər hazırlayıblar.