Ukraynanı bütövlükdə işğal etsə belə, Putin yenə də məğlubdur - İqbal Ağazadə

16:02 31 May 2023

"Bu müharibə başlayan gündən Putin məğlubdur. Öz slavyan qardaşlarına qarşı başlatdığı müharibəyə görə, bu təcavüzkar müharibəyə görə, başqasının torpaqlarına iddia etdiyinə görə məğlubdur. Digər tərəfdən bütün dünyanın Putinə qarşı birləşdiyi, Haaqa məhkəməsinin haqqında qərar çıxartdığı, öz ölkəsinin iqtisadi -siyasi sanksiyalara məruz qaldığı bir dövrdə qalib gəlmək mümkün deyil. Hətta Ukrayna dövlətini bütövlükdə hərbi güclə işğal etsə belə, yenə də Putin qalib deyil. O bu müharibədə birmənalı məğlub olub. Sadəcə zaman məsələsi var ki, Putin nə zaman hakimiyyətindən əl çəkdiriləcək". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Moskvaya dron hücumları və ardınca başlayan aksiyaları şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. 

O bildirib ki, Moskvada başlayan etiraz akskiyaları böyüdükcə Putinin istefası da yaxınlaşır: "Sadəcə olaraq  bu kütləvi aksiyaları təşkil edənlər ya vətəndaş liderləri olmalıdır, ya da siyasi liderlər olmalıdır. Bu aksiyalar hələ ki, xaotik təşkil olunur və sosial şəbəkə seqmentindən istifadə edərək təşkil edirlər. Bunun  kimin təşkil etdiyini demək çox çətindir. Hakimiyyətin içindən də ola bilər, hakimiyyətdən uzaqlaşdırılanlar, nə zamansa istefa verənlər də ola bilər. Uzun müddətdir ki, Narışkinin səsi çıxmır, hazırda piyasada yoxdur. Narışkin federal təhlükəsizliyə rəhbərlik edir. Ukrayna müharibəsi ilə bağlı onun Putinin üzünə dedikləri effektini verdi və bu gün o uzaqlaşdırılmış görünür. İçəridən hər an hər şey çıxa bilər. Hətta generallardan, böyük slavyan düşüncəsinə malik olan ziyalılardan da bu məsuliyyəti öz üzərinə götürən ola bilə bilər".

İ.Ağazadə vurğulayıb ki, Rusiyada siyasi institutlar yoxdur və belə olan halda bu aksiyalar bu xaotik ola bilər: "Həm də etnik, milli konfliktlər baxımından bəzi xalqlar çalışmalara başlayıb. Bunun içərisində Qərb projesi də var. Rusiyanın postsovet ölkələri üzərinə hücumunun əsl səbəbi demokratiyanın bu ərazilərə keçməməsi üçün bufer zonanın yaradılmasıdır. Demokratiya Rusiya ərazisinə keçərsə, bu dövlət parçalanacaq". 

Nərgiz,

Sitat.info



Xəbər xətti