İsrail Qəzza ilə bağlı məxfi strategiyası: İtkilərini azaltmaq üçün HƏMAS-ı belə zərərsizləşdirir...

13:38 31 Oktyabr 2023

Mühasirəyə alınan Qəzzanı havadan və qurudan vuran İsrailin quru əməliyyatı ilə bağlı strategiyası bəlli olmağa başladı. Quru əməliyyatını dəfələrlə təxirə salan İsrail buna səbəb kimi “pis hava şəraitini” göstərirdi.

Ötən cümə günü Qəzzanın dünya ilə əlaqəsini kəsən İsrail, tam hüquqlu quru əməliyyatı əvəzinə nöqtə əməliyyatların üstünlük verməyə başladı. 
İsrail ordusunun bu taktikasına diqqət çəkən New York Times  "İsrailin Qəzzanı işğalı məxfilik pərdəsi altında başladı"  başlığı ilə oxucularının qarşısına çıxıb.

Minlərlə fələstinlinin ölümünə səbəb olan hava hücumundan sonra İsrail qurudan hücuma başladı, lakin kənar müşahidəçilərin nə baş verdiyini anlaması saatlar çəkdi. Yüksək rütbəli ABŞ rəsmilərinin dediyinə görə, cümə günü günortadan sonra İsrail Qəzzanın internet və telekommunikasiya şəbəkələrini blokladı və qəzzalıların gördüklərini paylaşmasına mane oldu. Qısa müddət sonra hava qüvvələri HƏMAS döyüşçülərini tunellər şəbəkəsinə qovmaq üçün Qəzza şəhərini kütləvi raket zərbələri ilə bombaladı.
Saat 18.00-dan sonra, görünməmiş böyüklükdə və xəbər verilmədən tank, zirehli texnika, buldozer, piyada və döyüş mühəndisləri Qəzzanın şimalına daxil oldu. Digər hərbi karvan cənubdan Qəzza şəhərinə yaxınlaşaraq Qəzzanın mərkəzinə daxil oldu. 

Müharibənin bu yeni mərhələsi ilə bağlı ingilis hərbi eksperti Andreas Krieg bunları deyib: “Hər şey qaranlıqda baş verir. Hətta İsrailin daxilində həqiqətən nə baş verdiyini bilən çox  az insan var. Kommunikasiyaların kəsilməsi ilə HƏMAS-ın nə baş verdiyini tam anlaması və ya cavab hazırlaması çətin olacaq. Analitiklərin fikrincə, belə strateji qeyri-müəyyənliyin əsas məqsədi HƏMAS-ı dumanlı vəziyyətdə saxlamaqdır. Bundan əlavə, İsrail quru əməliyyatları keçirməyərək və diqqətini bu cür əməliyyatlara yönəltməklə hərbi itkilərini minimuma endirməyi hədəfləyir.

Bazar ertəsi axşam saatlarında məlum olub ki, İsrail əsgərləri Qəzza şəhərini mühasirəyə alıb, şəhərə şimal və cənubdan girişi bağlayıb, lakin yenə də içəriyə böyük qüvvələr göndərməkdən çəkiniblər. Əsl sınaq İsrail qüvvələri Qəzza şəhərinə girəndə veriləcək. 

Nərgiz,

Sitat.info



Xəbər xətti