Qarabağda erməni silahlıları at oynadanda missiyasına xəyanət edən sülhməramlılar: İndi onlara ehtiyac varmı?

16:59 31 Oktyabr 2023

"Rusiyanın sülhməramlı kontingentinin 2025-ci ildən öncə Qarabağdan tamamilə mümkündür. Çünki kontingentin əraziyə yeridilməsində əsas məqsəd tərəflər arasında atəşkəs rejiminə riayət olunmasından və erməni silahlılarının ərazimizdən dərhal çıxarılmasından ibarət idi".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, rus  silahlı kontingent erməni silahlılarının ərazimizdən çıxarılması məsələsinə kifayət qədər soyuq yanaşdılar: "Bunun tam əksinə olaraq, rus kontingenti ilə erməni silahlılarının bizim ərazilərimizdə yerləşən və bizə qarşı təchiz olunan mövqelərə silah, sursat, heyət, ərzaq, yanacaq və s daşıdığının dəfələrlə şahidi olduq. Biz buna daha çox Laçın sərhəd keçid məntəqəsini yerləşdirəndən sonra rast gəldik. Artıq bəllidir ki, bu hərbi təchizatın davamı olmayacaq. Amma buna baxmayaraq, Qarabağ rusların nəzarətində olan müddətdə və işğal dövründə ermənilərin daşıdığı silah- sursatın miqyası həddindən artıq böyük idi".

Ekspert vurğuladı ki, hətta Laçın sərhəd keçid məntəqəsinin  bağlı olduğu dövrdə də daşınmalar davam edirdi: "Daşınmaların da əsas elementlərindən biri mina təhlükəsi. 2021-ci ildən sonrakı müddətdə istehsal olunan minalar Azərbaycan ərazilərində aşkarlanmağa başladı. Bu əldəqayırma partlayıcıların, sürpriz tələlərin, minaların, müxtəlif  təyinatlı piyada əleyhinə və yaxud da qəlpəli minaların işğaldan azad etdiyimiz ərazilərdə aşkar edilməsi  rus silahlı kontingentinin ərazidən çıxması üçün münbit bir şərait , əsaslar yaradır. Tərəflər arasında atəşkəs elan olunub. Sülhməramlılar isə nəzarət etmək əvəzinə erməni silahlılarını dəstəkləyiblər. Biz o silahlıları ərazilərimizdən tamamilə təmizlədik. Ola bilər ki, gələcəkdə   çox məhdud miqyasda hansısa istiqamətdə müqavimət ocağına rast gəlinsin, bunu istisna etmirəm. Amma ümumilikdə bu problem artıq demək olar ki, tamamilə həll olunub". 

Seymur Bənnayev,

Sitat.info

 



Xəbər xətti