Hollandiyada 700 vəkil Qəzza üçün ayağa qalxdı: "İsrail müharibə cinayətlərinə görə mühakimə edilsin!"

15:58 1 Noyabr 2023

İsrailin Qəzzada törətdiyi qırğına səssiz qalmayan Hollandiyadan olan 700 hüquqşünas ortaq bəyanat verərək, İsrailin Qəzzada törətdiyi hərbi cinayətlər və insan haqları pozuntularına görə mühakimə olunmasını istəyib.
Sitat.info xəbər verir ki, okyabrın 7-dən İsrailin Qəzza zolağına qanlı hücumlarına və hərbi cinayətlərinə qarşı bütün dünyada reaksiyalar davam edir. Nəhayət, Hollandiyada təxminən 700 hüquqşünas İsrailin Qəzza zolağına hücumlarında törətdiyi müharibə cinayətləri və insan haqları pozuntularına görə mühakimə olunmasını tələb edən birgə bəyanat dərc edib.
“Qeyri-qanuni işğalı dayandırın və İsrailin hərbi cinayətləri və insan haqları pozuntularını mühakimə edin” başlıqlı bəyannamədə Qəzza zolağında pisləşən vəziyyətin böyük narahatlıq və dəhşətlə izləndiyi qeyd edilib.

Bəyannamədə deyilir ki, insan ləyaqətinin ümumbəşəri prinsiplərinin süqutunu kədərlə izləyirik: "Bu prinsiplər insan hüquqlarına dair sazişlərdə müəyyən edilmiş prinsiplərdir. Onların müdafiəsi üçün protokolları tərtib edilir və BMT-nin qətnamələri verilir.  Bu prinsiplərin universal adlandırılması səbəbsiz deyil. Bu o deməkdir ki, bu prinsiplər yaşayış yerindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq hər kəsə şamil edilir. Qanunun paytaxtı Haaqanın yerləşdiyi Hollandiyada hökumət açıq şəkildə kənarda qalmağa üstünlük verir. Baxmayaraq ki, o, dünyayA liderlik etməli və yüksək səslə atəşkəsə çağırmalıdır. İsrailin qanunlara əməl etməsi üçün vaxtaşırı ehtiyatlı çağırışlar edilsə də, bu çağırışların intensivliyi faktiki vəziyyətlə mütənasib deyil. Hökumətin İsrailin qanunlara əməl edəcəyinə tam əmin olduğunu bildirməsi qəbuledilməz bəyanatdır”.

“Biz, aşağıda imzası olan hüquqşünaslar, bu mövzuda səssiz qala bilmərik. İsrail-Fələstin məsələsində ikili standartların tətbiq olunmasına göz yuma bilmərik. Rusiya Ukraynanı işğal edəndə siyasətçilər bir araya gələrək ən hündür tribunalardan haqsızlıq deyə hayqırırdılar. İndi də bu baş verməli idi. Amma indi Qəzzanın şimalı etnik təmizləməyə məruz qaldığı və Fələstin xalqı HƏMAS-ın cinayətlərinə görə kollektiv şəkildə cəzalandırıldığı bir vaxtda bu yüksək səslər bir ağızdan susdu. İsrail hər gün böyük dağıntılara səbəb olur. HƏMAS-ın mülki şəxslərə hücumları qəbul edilsə belə, İsrailin buna cavab olaraq törətdiyi qırğın və geniş miqyaslı dağıntılar çox qeyri-mütənasibdur. Hər gün binalara onlarla bomba atılır və minlərlə dinc fələstinli ölür. Bu hücumlarda humanitar müharibə qanunu tez-tez pozulur”.

Bəyanatda mülki və hərbi hədəfləri ayırd etmədən hücumların həyata keçirilməsinin müharibə qanununun pozulduğunu açıq şəkildə göstərdiyi ifadə edilin. Bundan başqa, İsrail Qəzzanın su, qida, elektrik və yanacağa çıxışını tamamilə əngəlləyib. Mülki əhalinin ac qalması da müharibə qanununun pozulmasıdır.Bundan başqa İsrail Hücumlarda ağ fosfordan da istifadə edildiyi qeyd edilib.

Qəzza zolağının 16 ildir xarici aləmə qapalı olduğuna diqqət çəkən açıqlamada bildirilir ki, hücumlardan qaçmaq onlar üçün bir seçim belə deyil. Bu, vəziyyəti daha da pisləşdirir.

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti