Xəbər verdiyimiz kimi, İrəvanda səfərdə olan Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, İrəvanla Bakı arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir.
Bəs, bu yolun açılması yaxın gələcəkdə mümkün ola bilərmi?
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, ümumiyyətlə, gec-tez bütün logistika, yəni dəmir yolu və avtomobil yolları və s. hamısı açılmalıdır.
"İndi bizim əsas diqqətimiz Zəngəzur dəhlizidir. Bizim üçün, həm də dünyada bir sıra dövlətlər üçün çox böyük əhəmiyyəti var. Dövlət başçımız daha çox çalışır ki, o yol açılsın. İkincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb, sərhədlər müəyyən olunmayıb, delimitasiya, demarkasiya həyata keçməyib. Bütün bunlar hamısı həll olunmalıdır ki, sonra bütün əlaqələr həyata keçirilsin. Mənə elə gəlir ki, əlaqələr həyata keçirilmədən birbaşa dəmir yolu açmaq bizim siyasətimizə uyğunlaşan deyil. Yəni sülh sazişi imzalanmalıdır, sərhədlər müəyyən olunmalıdır. Ondan sonra ilk olaraq Zəngəzur dəhlizi açılmalıdır və oradan artıq yüklər gedib-gəlməlidir. Naxçıvanla əlaqələrimiz bərpa olunmalıdır. Ondan sonra artıq başqa logistik layihələrə, başqa yollara baxmaq olar. Mənə elə gəlir ki, bu ardıcıllıqla getsək, daha yaxşıdır", - deyə deputat qeyd etdi. (redaktor.az)