Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa və ABŞ-ın Ukraynaya dəstək verməkdə çətinlik çəkdiyini bildirərək deyib ki, Qərb müharibənin tam dalana dirəndiyini başa düşməlidir.
Sitat.info xəbər verir ki, Lavrov Rusiyanın paytaxtı Moskvaya səfər edən Belarusun xarici işlər naziri Sergey Aleynik ilə görüşüb.
İki nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.
İclasda çıxış edən Lavrov Qərb ölkələrinin Ukraynanı dəstəkləməkdə çətinlik çəkdiyini bildirib və deyib: “Zelenski administrasiyasına dəstək verməyə davam etmək üçün pul axtarışında çətinliklər var. Avropa və ABŞ başa düşməlidirlər ki, başladıqları müharibə tam dalana dirənib”.
Ukrayna ilə sülh danışıqlarına açıq olduqlarını bildirən Lavrov Rusiya prezidenti Vladimir Putinin “danışıq şərtləri sərt olacaq” açıqlamasını xatırladıb.
Bəzi Qərb ölkələri liderlərinin danışıqlarla bağlı müxtəlif kanallardan Rusiyaya siqnallar göndərdiyini deyən Lavrov hesab edir ki, başqalarının təhlükəsizliyi bahasına öz təhlükəsizliyini təmin etmək və Rusiyanın qanuni mənafelərini pozma cəhdlərinə son qoymaq istəyənlər xoş qarşılanır. Biz bu məsələləri müzakirə etməyə hazırıq”.
Nərgiz,
Sitat.info