"Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilən zirvə toplantısında deyib ki, ölkəsi təşkilatı siyasi deyil, iqtsadi qurum kimi qiymətləndirir. Ermənistanın baş naziri Avrasiya İqtisadi Birliyini siyasiləşdirməyə imkan verməyəcəyini də bildirib".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Paşinyan belə bir açıqlamaya ehtiyac duyub: "Məsələ burasındadır ki, gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçəcək. Görünür, Paşinyan açıqlamasıyla Rusiya prezidenti Vladimir Putinə izah etmək istəyib ki, Ermənistan sədrlik dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməyə imkan verməyəcək. Paşinyan həm də onu izah etməyə çalışıb ki, İrəvanın istəyinə rəğmən, Kreml Avrasiya İqtisadi Birliyini siyasi struktura çevirərsə, Ermənistan qurumu tərk edəcək".
Politoloqun fikrincə, əslində Avrasiya İqtisadi Birliyinə üzv olan Mərkəzi Asiya ölkələrinin liderləri də təşkilatı anti-Qərb strukturuna çevrillməsinin əleyhinədirlər: " Çünki Mərkəzi Asiya ölkələri Rusiya ilə tərəfdaşlığa rəğmən, Qərb ölkələri ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək istəyirlər".
Kənan
Sitat.info