Bu gün İsraildə nəşr olunan "Jerusalem Post" qəzeti "Qəzzanın tələsi: Rəfah İsrail və Misiri münaqişəyə cəlb edə biləcək şəhərdir" başlıqlı təhlil dərc edib.
Sitat.info xəbər verir ki, "Jerusalem Post" işğalın Qəzzanın cənubuna sıçraması ilə Xan Yunusun medianın diqqət mərkəzində olduğunu bildirib. Ancaq qəzet Misir sərhədindəki Rəfahın təəccüblü şəkildə daha çox tələlərin olduğu bir yer kimi ortaya çıxdığını yazıb. İsrail reaktivləri son iki həftədə Misir və Qəzza zolağının sərhədində intensiv bombardmanlar həyata keçirib. Sərhədin Fələstin tərəfində, "Birinci Xətt" olaraq da bilinən sırada evlər İsrail reaktivləri tərəfindən dağıdılıb. Hücum bununla bitməyib, İsrail Filadelfiya dəhlizini də vurub.
Misirlə Qəzza arasında incə bir xətt olan 14 kilometrlik dəhliz əslində bufer zonadır. 1979-cu ildə İsrail və Misir arasında imzalanan sülh müqaviləsi ilə bu zona ortaya çıxıb və 26 il sonra işğal qüvvələri Qəzzanı tərk edənə qədər İsrailin nəzarətində idi.
2007-ci ildə Qəzzanı idarə etməyə başlayan Həmas Filadelfiya dəhlizinə də nəzarəti ələ keçirdi. İsrailin dəhlizi bombalamasına Misirlə yanaşı Həmasdan da sərt reaksiya gəlib.
"Jerusalem Post" İsrailin Rəfah və Filadelfiya dəhlizini işğal etdiyini bildirir. Bunu etmək 1979-cu il müqaviləsini pozacaq. Çünki 1979-cu il müqaviləsinə əsasən, D bölgəsində İsrailin tank və artilleriya yerləşdirməsi qadağandır. Qəzet İsrailin sözügedən dəhlizdəki addımlarının Misirin hərəkətlənməsinə təkan verə biləcəyini və gərginliyin daha da artacağını yazıb.
Məğrur,
Sitat.info