Kreml: Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa doğru irəliləyir

15:43 27 Dekabr 2023

İrevan və Bakı sülh müqaviləsinin yekunlaşmasına doğru irəliləyirlər, ümid edirik ki, onlar onu mümkün qədər tez imzalayacaqlar. 

Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Biz həqiqətən bildiririk ki, ölkələr sülh müqaviləsi üzərində işi yekunlaşdırmağa doğru irəliləyir. Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək. Təbii ki, keyfiyyəti qurban vermək bahasına deyil. Ona görə də biz hamı ilə birlikdə bu işin tamamlanmasını gözləyirik. Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olmasını görürük. Və təbii ki, biz bunu dəstəkləyirik”, – Peskov jurnalistlərə bildirib.

O qeyd edib ki, sülh müqaviləsinin bağlanması həm iki ölkə, həm də bütün regionda sabitlik və sülh üçün faydalı olacaq.

Ermənistan və Azərbaycan liderləri Sankt-Peterburqda danışıqlar aparmayıblar, lakin hər kəsin ayaq üstə qısa təmas imkanı olub - deyə Peskov aydınlıq gətirib.

Peskov əlavə edib ki, liderlər dünən xüsusi danışıq aparmayıb: “Xeyr, onlar dünən danışıqlar aparmadılar. Lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti kimi yerlərdə qısa təmaslar üçün həmişə yaxşı fürsətdir. Bu dəfə də belə oldu. Hər kəsin bir-biri ilə bəzi əsas məqamlar barədə ayaq üstə danışmaq imkanı var idi”.

Məğrur,

Sitat.info

 



Xəbər xətti