Paşinyanın qisası: Putin üçtərəfli görüşə niyə nail ola bilmədi?

16:39 27 Dekabr 2023

"Mənim fikrimcə, Rusiya bu sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə dair çox ciddi cəhdlər edib. Paşinyanla ayrılıqda danışdı. Ancaq Paşinyanın "Avrasiya İqtisadi İttifaqını iqtisadi mövzudan kənara çıxarmayaq və burada siyasi mövzuları müzakirə etməyək" kimi birbaşa sözləri bundan xəbər verirdi ki, o Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşü istəmir. İndi Rusiya mediası da bu açıqlamaları geniş müzakirə edirlər. Paşinyan eyham vurdu ki, onlar məsələləri öz aralarında həll etməyə can atacaqlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, Paşinyan ikitərəfli danışıqlara can atdığını göstərməyə çalışdı: "Sonra da Paşinyanın öz təşəbbüsü ilə İlham Əliyevə yaxınlaşıb ikili söhbət etməsi o demək idi ki, aramızda normal münasibətlər var, bir-birimizi normal anlayırıq və danışıqların davamında bu formatı tətbiq etməyin tərəfdarıyıq".

Q.Hüseynli vurğuladı ki, Peskovun bu gün tez-tələsik "sülh yaxındır" açıqlaması da Kremlin uğursuzluğunu göstərir: "Peskov da açıqla verdi və bildirdi ki, guya tərəflər sülh imzalamağa çox yaxındırlar, hər iki tərəfin baxışları bizə məlumdur və sair dedi. Sanki Putinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə çox cəhd ediblər və bu alınmayıb. Və sonradan Paşinyanın siyasi məsələləri müzakirə etməyək açıqlaması da görüşə damğasını vurdu".

Nərgiz,

Sitat.info

 

 



Xəbər xətti