"İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Təbrizdə Ermənistanın konsulluğu açılacaq.İran Qafanda konsulluq açdığına görə, Tehran da Ermənistana Təbrizdə konsulluq xidməti açmağa şərait yaradıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu: "Müxtəlif bəhanələr gətirilirdi. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır. Azərbaycanlıların şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılmasının Tehran və İrəvan üçün siyasi əhəmiyyəti var. Hər ikisi bölgədə azərbaycanlıların mövqelərinin güclənməsinə qarşıdır və bu mövzuda əməkdaşlıqlarını davam etdirirlər".
Nərgiz,
Sitat.info