Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda keçirilən MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində “sülh danışıqlarını” müzakirə ediblər, Ermənistan hökumətinin sözçüsü deyib.
İlham Əliyevlə Nikol Paşinyan Azərbaycanın sentyabrın 19-da Qarabağda apardığı bir günlük “antiterror əməliyyatları”ndan sonra ilk dəfə görüşüblər.
Ardınca açıqlama verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, İrəvan və Bakı sülh müqaviləsinin yekunlaşmasına doğru irəliləyirlər. Peskov da ümid edirik ki, liderlər sazişi mümkün qədər tez imzalayacaqlar.
Bəs görəsən, sülh sazişinin imzalanması ilə mübahisəli bütün mövzular həllini tapacaqmı?
Mövzu ilə bağlı Sitat.info-ya danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir: "Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq. Sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır".
Politoloq qeyd edib ki, sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir: "Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq".
Nərgiz,
Sitat.info