AB və Rusiyada yumurta böhranı! Qiymətlərə nə qədər təsir edəcək?

12:20 29 Dekabr 2023

Avropada quş qripi və Rusiyada yumurta istehsalının qıtlığı ölkələrin Azərbaycana və Türkiyəyə üz tutmasına səbə olub. 

Son illərin ən böyük quş qripi hadisəsi Avropada baş verir. Son 6 ayda 50 milyon ev quşu tələf olub.

AB ölkələrində yumurta qiymətləri 75 faiz artıb. Eynilə, Rusiyada yumurta istehsalı mövsümi keçidlər və istehsal çətinlikləri səbəbindən ən aşağı səviyyəyə düşüb. Ölkədə yumurtanın qiyməti 45 faiz artıb.

Türkiyədə yumurta istehsalçılarının sayı günü-gündən artır. Onların gündəlik istehsalı 135 milyon ədədə çatır. İstehsalın 21 faizi ixraca, qalan hissəsi isə ölkə daxilində göndərilir. Azərbaycandan da Rusiyaya 20 milyon ədəd yumurtanın göndərilməsi gözlənilir. 

Qiymətlərə təsiri isə artıq Bakıda müşahidə edilməkdədir.

Türkiyədə isə Mərkəzi Yumurta İstehsalçıları Birliyi istehsalın həm daxili, həm də beynəlxalq bazarlar üçün yetərli olacağını bildirsə də, daxili bazarda yumurtanın qiymətinin artmasının səbəbini xərclərlə əlaqələndirir. Bununla belə, yumurta satıcıları ixracın daxili qiymətlərə təsir edəcəyi qənaətindədirlər.

Hər iki ölkədə ixrac artdıqca yumurtanın daha da bahalaşacağı istisna edilmir. 

Nərgiz,

Sitat.info 



Xəbər xətti