"İlin sonunda ən iqtisadi mövzuda ən çox müzakirə edilən məsələ ölkədə iqtisadi durğunluğun yaşanması oldu.
Söhbət illik artımın 1%-in altında qalmasından gedir (11 ayın yekunları 0,8% göstərdi). Əhalini hər nəfərinə düşən göstəriciyə görə hətta artımın 0,5% olduğu görünür".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, Mərkəzi Bank iə dekabrın 30-da açıqladığı bəyanatında 2024-cü il üçün 3-3,5%-lik, o cümlədən qeyri-neft sektoru üzrə 5-5,5% iqtisadi böyümə proqnozlaşdırır:
"Bəs bu nə qədər realdır? İş ondadır ki, hökumət 2024-cü il üçün iqtisadi artımın 2,4% (BVF 2,6%), qeyri-neft sektorunun 4,6% böyüyəcəyini deyir.
Mərkəzi Bankın proqnozunun reallaşması üçün neft-qaz sektorunda azalma tam dayanmalı (hətta artım olmasa belə), qeyri-neft sektorunda artımın 6%-dən aşağı olmamalıdır"
İqtisadçı onu da əlavə edib ki, gələn il Azərbaycan hökuməti neft-qaz seqmentində 1,8%-lik azalma gözləyir: "Əgər bu baş verərsə, Mərkəzi Bankın qeyri-neft sektoru üzrə 5,5%-lik artıım proqnozu reallaşsa belə ümümi artım ən yaxşı halda 2% ətrafında olacaq.
Yəni Bankın 3,5%-lik gözlənitisi bu rəqəmlərin fonunda xeyli optimist görünür".
Nərgiz,
Sitat.info