İranda 4 il əvvəl ABŞ-ın hücumunda həyatını itirən Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin anım mərasimində bombalarla dolu iki çanta partladılıb.
İlkin hesablamalara görə, azı 103 nəfər ölüb, 211 nəfər yaralanıb.
İranın Kirman şəhərində İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin qətlinin dördüncü ildönümü ilə əlaqədar məzarında keçirilən anım mərasimi zamanı iki şiddətli partlayış baş verib. Ardıcıl partlayışların bombalar tərəfindən törədildiyi açıqlansa da, ilkin təsbitlərə görə ən az 103 adam həyatını itirdi; 211 nəfər yaralanıb.
İran hadisənin terror aktı olduğunu açıqlayıb. İran agentliklərinin məlumatına görə, partlayıcı ilə dolu iki çanta qəbiristanlığa gedən yolda 10 dəqiqə ara ilə uzaqdan idarəetmə vasitəsi ilə işə salınıb. İlk partlayışın Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayışın isə bir kilometr aralıda baş verdiyi bildirilib. Anım mərasimi ilə əlaqədar qəbiristanlığın girişində sıxlıq olduğu açıqlanıb.
Kirman valisi Muhammed Mehdi Fedakar açıqlamasında deyib: “Hadisə şübhəsiz terror aktıdır. İndiyədək 103 nəfərin ölümünə səbəb olub. Partlayışlar keçid məntəqəsindən kənarda baş verib.
Hökumət tərəfindən edilən yazılı açıqlamada terror aktı şiddətlə qınanıb.
Ölkədə bir günlük ümumi matəm elan edilib. İran prezidenti İbrahim Rəisi bu sözləri deyib: “Şübhəsiz ki, bu qorxaq hərəkətin qara ürəkli günahkarları və rəhbərləri təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən ən qısa zamanda müəyyən ediləcək və buna görə cəzalandırılacaqlar. Bu iyrənc hərəkətdir”.
İranın dini lideri Əli Xamneyi deyib: “Qoy qatillər bilsinlər ki, bundan sonra bizim mütləq məqsədimiz onları əzmək və ədalətli şəkildə cəzalandırmaqdır. Bu fəlakətə cavab çox sərt olacaq".
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyi terror aktından sonra Birləşmiş Millətlər Təşkilatı vasitəsilə təcili hüquqi və beynəlxalq təşəbbüslər irəli sürdüklərini açıqlayıb.
İranın “Qüds” qüvvələrinin komandanı Qasım Süleymani 4 il əvvəl ABŞ-ın Bağdadda PUA ilə həyata keçirdiyi hava hücumunda öldürülüb. Sui-qəsdin ildönümündə Süleymani üçün anım proqramları təşkil edilib.
103 nəfərin öldüyü dünənki hücumla bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, hücumun arxasında ABŞ-ın olması ilə bağlı iddiaları rədd edib. O, ABŞ-heç bir şəkildə hadisəyə qarışmadığını deyib.
Nərgiz,
Sitat.info