"Bu il təbii fəlakətlər ilidir. Türkiyədə və Bakıda olacaq təbii fəlakətlərin ehtimallarını proqnozlaşdırmışam. Lakin hər iki ölkə üçün böyük, dağıdıcı bir fəlakət olmayacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, tanınmış ekstrasens Zirəddin Rzayev deyib.
Onun sözlərinə görə, dünyada vulkan və asteroid təhlükəsi mövcuddur: "Dünya dinozavrların dövrünə qayıdacaq. Asteroid elə bir şeydir ki, o sadəcə bir ölkəyə təsir etmir. Bu, bütün dünya üçün təhlükə sayılır. Əgər dünyaya bir asteroid düşərsə, bunun davamı da gələcək. Asteroidin düşməsi atom bombasının partlamasına bərabər olacaq. Bu elə bir partlayış olacaq ki, radiasiyası böyük bir əraziyə təsir edəcək".
Türkan
Sitat.info