Rusiya prezidenti Vladimir Putin ölkəsinə hər tərəfdən təzyiqlər olduğunu, amma buna baxmayaraq, yenə də Avropanın ən böyük iqtisadiyyatı olduqlarını deyib: "Almaniyanı geridə qoyub, dünyada beşinci sıraya yüksəldik. Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya. Biz Avropada birinciyik.".
Sitat.info xəbər verir ki, Putin Rusiyanın uzaq şərqində yerləşən Xabarovsk şəhərində qatıldığı toplantıda iqtisadiyyatla bağlı danışıb.
Rusiya Mərkəzi Bankının zamanla faiz dərəcəsini aşağı salacağını deyən Putin bu sözləri əlavə edib: "Mərkəzi Bankın hazırkı faiz dərəcəsinin müvəqqəti olduğunu və inflyasiya ilə bağlı məsələlər həll olunduğu zaman bu dəyişəcək. Bankın addımı ümumiyyətlə inflyasiya ilə mübarizəyə yönəlib və düşünürəm ki, məqsədə nail olacağıq”.
Putin xarici ölkələrin Rusiyaya təzyiq etdiyinə diqqət çəkib: "Görünür bizi hər tərəfdən boğmağa çalışırlar və təzyiq altındayıq. Yenə də Avropanın ən böyük iqtisadiyyatı bizik. Almaniyanı geridə qoyub bu səviyyəyə yüksəldik" dedi. Dünyada beşinci yerdə Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya. Biz Avropada birinciyik”.
Putin, Rusiyanın alıcılıq gücü pariteti baxımından bütün Avropanı geridə qoyduğunu ifadə edib: "Putin, adambaşına düşən milli gəlir hissəsində daha çox çalışmaq lazım olduğunu bildiib. O, ölkədə son vaxtlar yumurta qiymətlərinin artmasına da toxunaraq, rəsmilərin artıma qarşı gec müdaxilə etdiyini bildirib.
Putinin sözlərinə görə, Rusiyada yumurta istehsalının azalmayıb, istehlak artıb: "İnsanların gəlirləri bir az artdı və daha çox yumurta və toyuq əti almağa başladılar. Rəsmilər vaxtında idxalı açmağı düşünmədilər və qiymətlər artdı. Ona görə də çox diqqətli olmalıyıq”.
Nərgiz,
Sitat.info