Razi Nurullayevin parlamentdəki bu etirazını 200 min insan izlədi: Deputatdan vacib açıqlama - VİDEO

12:21 25 İyul 2024

"Ünvanlı dövlət dosial yardımı haqqında qanunun 7.1 maddəsi ehtiyacı olan insanların yardım almasını əngəlləyir".


Sitat.info xəbər verir ki, deputat Razi Nurullayev bu yaxınlarda parlamentəki çıxışında qanundakı bəzi məhdudiyyətlərə etiraz edib. 
Onun bu çıxışı “Tiktok” platformasında 200 minə yaxın  izlənib, minlərə şərh yazılıb.  Deputatın bu çıxışı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.


Deputatın sözləri də göstərir ki, bu sahədə ciddi problem var:  "“Nazirlər Kabinetinin 2016-cı il tarixli, 37 saylı qərarı da ünvanlı sosial yardıma ehtiyacı olan insanlarınyardım almasını birbaşa əngəlləyir.  Bununla bağlı müraciətlərimə heç bir cavab ala bilmirəm.  Biz gözümüz önündə görürük ki, ehtiyacı olan insan bunu ala bilmir". 


Razi Nurullayevin parlamentdəki çıxışını tam video versiyasını təqdim edirik:

Sitat.info




Xəbər xətti