39 min fələstinlinin qatili ABŞ Konqresində ayaqda alqışlandı

11:29 25 İyul 2024

ABŞ soyqırımda ittiham olunan İsrailə qeyd-şərtsiz dəstəyini bir daha nümayiş etdirdi. Netanyahu ABŞ Konqresində çıxış edərək yalanlarını dünyaya sadaladı. Əlində 39 mindən çox Qəzza vətəndaşının qanı olan və Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru tərəfindən həbsi tələb edilən Netanyahu Konqresdə çıxışı zamanı tez-tez ayaqda alqışlarla qarşılanıb.
Sitat.info xəbər verir ki, Fələstin torpaqlarında, xüsusilə Qəzzada törədilən qətliamlara görə məsuliyyət daşıyan İsrailin baş naziri Netanyahu konqresdə çıxış edib.

O, törətdiyi soyqırım cinayətinə bəhanələr sadalayarkən sürəkli alqışlarla qarşılanıb. Bu qalmaqallı proses ABŞ-ın Netanyahunu konqresdə çıxış etmək üçün dəvət etməsi ilə başlayıb.

Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunan və Beynəlxalq Cinayət Məhkəməsi prokuroru tərəfindən həbsi tələb edilən İsrailin baş naziri Netanyahu həmin dəvətdən sonra ABŞ-a gedib.

O, qurultayda kürsüdən yalanlarını dünyaya söyləmək imkanı qazanıb. Netanyahu çıxışında ABŞ administrasiyasına təşəkkür edib, Konqres üzvləri isə cinayətini dəstəklədikləri İsrail baş nazirini alqışlayıblar.
Bu görüntülər prezident Ərdoğanın "İsrail qırğınlarına görə ABŞ-ın məsuliyyət daşıması" ilə bağlı dediklərini bir daha təsdiqlədi.

Prezident Ərdoğan iyulun 11-də “Newsweek” jurnalına verdiyi müsahibədə “İsrail tərəfindən insanların müalicə üçün getdikləri xəstəxanalarda, təcili yardım maşınlarında, bazarlarda, humanitar yardımların paylandığı mərkəzlərdə və bölgələrdə günahsız insanların vəhşicəsinə öldürülməsinə inanırıq və bu ən ağır insan hüquqları pozuntusudur. Buna baxmayaraq, ABŞ rəhbərliyi "Bu pozuntuları görməzlikdən gəlir və İsrailə ən böyük dəstəyi verir və bunu bu cinayətlərə ortaq olmaq bahasına edir" -deyə bildirib. 

Çıxışı zamanı əllərində 39 mindən çox Qəzzalının qanı olan Netanyahu alqışlarla qarşılanarkən, həm konqres daxilində, həm də xaricində etirazlar da yaşanıb.

Fələstin əsilli demokrat deputat Raşida Tlaib Netanyahunu hədəf alıb və əlində “müharibə cinayətkarı” pankartı tutub.

Nərgiz,

Sitat.info



Xəbər xətti