İsrailin Livana hücum planı: Pezeşkian Hizbullahı dəstəkləyəcəkmi?

11:50 29 İyul 2024

İran Prezidenti Məsud Pezeşkian ilk ciddi sınaqla üz-üzədir. Livanın İranın da dəstək verdiyi Hizbullah təşkilatının İsrailə zərbələr endirməsi və bu ölkənin 12 vətəndaşını öldürməsi qarşılığında İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endiriblər və bu son deyil. Vəziyyət o qədər gərginləşib ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfərini yarıda kəsərək vətəninə dönüb".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki,  İsrail Livan ərazisində geniş hərbi əməliyyat hazırlayır: "Ancaq bu o demək deyil ki, İsrail yeni müharibədə uğur qazana bilər. Hizbullah təşkilatının 2006-cı ildə bir neçə İsrail əsgərini öldürməsi qarşılığında İsrail Livana hücum etdi, ancaq istədiyi nəticəni əldə etmədi. Hizbullah Livanın cənubunda mövqelərini qorudu. İsrail Qəzza ilə yanaşı Livanın cənubuna hücum planı hazırlayıb".

E.Şahinoğlu əlavə edib ki, İsrail-Hizbullah müharibəsi İranın ikincini daha fəal şəkildə dəstəkləməsini şərtləndirəcək: Məsud Pezeşkian İsrail əleyhinə sərt açıqlamalar verəcək, Tehranın Hizbullaha silah və maliyyə dəstəyi artacaq. Bu Məsud Pezeşkianın Qərblə məsələləri həll etmək imkanlarını bir müddət arxa plana atacaq".

Seymur,

Sitat.info



Xəbər xətti