"Azərbaycan və Ermənistan arasında payızda hərbi eskalasiya gözlənilmir.. Azərbaycanda payızda COP29 beynəlxalq konfrans keçiriləcək. Məhz Azərbaycan Ermənistanla hərbi eskalasiyada maraqlı deyil".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, buna baxmayaraq Qərbdə Fransa və bir sıra mərkəzlər, həmçinin Rusiya sülhün əldə edilməsində maraqlı deyil: "Çalışılır ki, Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş versin. Fransa məhz COP29 boykot etmək üçün hərbi təxribatlarda maraqlıdır. Rusiyanın vasitəçilik təşəbbüsü ilə çıxış etməsi, iki ölkə arasında sülhə imkan verməmək, idarə olunan yeni böhran yaratmaqdır".
M.Əsədullazadə vurğulayıb ki, əgər, Rusiya Ukraynada hərbi qələbə əldə edəcəksə, vəziyyət dəyişəcək: "Azərbaycan daxil olmaqla Cənubi Qafqazi tam nəzarət altına alacaq, Türkiyəni də Qafqazdan çıxaracaq və Mərkəzi Asiya siyasətinin qarşısını alacaq. Cənubi Qafqaz Qərblə Rusiya arasında geopolitik maraqlarının toqquşduğu platformdur. Məhz Azərbaycan və Ermənistan arasında sülhün gecikməsi bu geopolitik qarşıdurmadan irəli gəlir".
Seymur,
Sitat.info