"Rusiya imperiyasının müsəlman aləminə münasibəti ilə bağlı iki faktor var. Biri ənənəvi olaraq, müsəlman dünyası ilə Amerika və onun tərəfdarlarının toqquşmasıdır. Kreml özünün imperial maraqlarını əhatə etmək üçün bundan istifadə edib. İkincisi öz ölkəsi daxilində olan müsəlman kəsiminin rəğbətini qazanmaqq üçün bu cür addımlar atır. Quran kitabını öpür, müsəlmanların maraqlarını müdafiə edir".
Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu, Rusiya prezidenti Putinin son günlər sosial şəbəkələrdə maraqla qarşılanan Qurani-Kərimi öpməsi ilə bağlı videoya münasibət bildirərkən deyib.
O bildirib ki, hər iki halda bu addım siyasi məqsəd daşıyır: " Mənə elə gəlir ki, bunun arxasında İslama məhbbət durmur. Və yaxud da, Putinin özünün həqiqi bir Allah sevər, müsəlman dəyərlərinə hörmət edən bir adam olması durmur. Çünki, atdığı bütün addımlar İslamın şərtlərinə və beynəlxalq hüquqa ziddir. Qan tökmək, ədalətsizlik etmək bunlar hamısı demək olar ki, İslam adına yaraşmayan hərəkətlərdir. Mən bunu siyasi gediş kimi dəyərləndirirəm".
Məğrur Salmanov,
Sitat.info