"Rusiya ilə Ukrayna arasında bir hibrid müharibə gedir. Burada təkcə vuruşma deyil, ideoloji, diplomatik, siyasi, iqtisadi, sosial müstəvidə də müharibə gedir. Ukrayna deyir ki, biz qalib gəlmişik, Rusiya isə əksini deyir. Amerika da başqa söz deyir..."
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirib ki, bu müharibədən Rusiyanın qalib çıxması mümkünsüzdür:
"Onu deyim ki, heç kəs Rusiyaya bu müharibədən qalib çıxmağa imkan verməyəcək. Çünki, bu çox pis presedent olar. Sabah da Çin hücum edib Monqolustanı işğal edər. Və ya misal üçün Vyetnamı tutar. Bir sözlə kimin gücü çoxdursa, istədiyini edər.
İkincisi isə Rusiyanın Ukraynaya qalib gəldiyi təqdirdə, rus imperiyasının yeni tərkibdə yaradılması qaçılmaz olacaq. Buna nə Avropa, nə də Amerika icazə verməz. Rusiya öz sərhədlərini indiki tuduğu ərazilərə qədər genişləndirəcəyi təqdirdə dünya yenidən soyuq müharbə dövrünə qayıdacaq. Avropa da məcbur olacaq ki, milli gəlirin böyük bir hissəsini nəhəng bir dövlətin neytrallaşmasına xərcləsin. Bu məsələdə nə Amerika, nə Fransa, nə də İngiltərə güzəştə gedə bilməz"
Seymur,
Sitat.info