ABŞ-da üçtərəfli görüşün keçirildiyi gün atəşkəs pozuldu! Sabotaj edən kimdir?

21:03 26 Sentyabr 2024

"Naxçıvan istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulması təsadüfi deyil. Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasını təsdiq edib. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ -da görüşüb. ABŞ dövlət katibi E.Blinkenin vasitəçiliyi ilə baş tutan bu görüş ikitərəfli danışıqların müsbət istiqamətdə irəliləməsinə töhfə verir. Bunun ardınca, Naxçıvan istiqamətində sərhəddə Ermənistan tərəfindən atəşkəs pozulub". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, göründüyü kimi, Ermənistan Konustitusiya Məhkəməsi qərar verdiyi və xarici işlər nazirlərinin görüşü fonunda atəşkəsin pozulması təsadüfi deyil: "Ermənistan ordusunda siyasi anlaşmaları sabotaj edən qüvvələr var. N. Paşinyan ordusunda təmizləmə işləri apara bilmir. 

Ermənistan hökuməti orduda təxribatçı qüvvələri təmizləməyincə proses davam etdikcə təxribatlara gediləcək".

M.Əsədullazadə vurğulayıb ki, hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanarkən Ermənistan ordusunda təxribatçı qüvvələr geniş miqyaslı təxribatlara gedə bilər: "Bununla N. Paşinyana mesaj verilir ki, sülhü əngəll\yə bilərik. Ermənistan ordusunda bu qüvvələr R. Köçaryan, S. Sarkisyan və Ermeni Qriqoryan kilsəsi tərəfindən idarə olunur". 

Nərgiz,

Sitat.info



Xəbər xətti