Putin və Ərdoğanın münasibətlərindən danışdı

20:57 26 Sentyabr 2021

Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimada əsaslanan işgüzar münasibətlər var.

Sitat.info xəbər verir ki, bunu Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov bəyan edib.

O, bildirib ki, iki lider arasındakı münasibətlər çox yaxşıdır və ciddi danışıqlar aparmağa şərait yaradır.

Peskovun sözlərinə görə, prezidentlərin gələn həftə baş tutacaq görüşünün başlıca müzakirə mövzusu Suriya məsələsi olacaq.

Mənbə: “RİA Novosti” 



Xəbər xətti