Ötən gecə Kouronneries rayonunda restorana silahlı hücum edilib.
Sitat.info xəbər verir ki, hadisə zamanı biri 15, ikisi 16 yaşlı 5 nəfər ağır yaralanıb.
Polis rəsmilərinin açıqlamasına görə, 15 yaşlı gənc başından güllə yarası alıb.
Hadisəyə təhlükəsizlik qüvvələri müdaxilə edib.
Daxili işlər naziri Bruno Retalleau hücumun narkotik ticarəti ilə bağlı olduğunu və “rəqib dəstələr arasında döyüş” nəticəsində baş verdiyini bildirib.
Seymur,
Sitat.info