Qəzza Səhiyyə Nazirliyi, İsrailin 405 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verib.
Sitat.info xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 24 nəfərin həyatını itirdiyi, 112 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 736-ya, yaralıların sayı isə 103 min 370-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Səid,
Sitat.info