"Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasını tam hüquqlu təşkilata çevirmək istiqamətində iş aparır".
Sitat.info- nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Rusiya-Ermənistan" ikinci ictimai forumunda bildirib.
O bildirib ki, Moskva region ölkələrinin maraqlarının harmonizasiyasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırır.
"Platformanın Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tam hüquqlu təşkilata çevrilməsi istiqamətində iş aparırıq", - deyə nazir müavini əlavə edib.