Ərdoğan Putinə Türkiyənin iki şərtini çatdırdı!

21:55 3 Dekabr 2024

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb. Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı, bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək. İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsi vacibliyini vurğulayıb.

Sitat.info xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə və Rusiya liderlərinin Suriyadakı vəziyyətlə bağlı bugünkü telefon müzakirəsi haqda qeyd edib.

“Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürdüyü durumda deyil”, - ekspert bildirib.



Xəbər xətti