Salyanda qəza baş verib, ölən var

08:30 12 Dekabr 2024

Salyanda baş verən qəzada sürücü ölüb.

Sitat.info xəbər verir ki, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti