Ermənistan-Türkiyə sərhədi pozuldu

19:12 12 Dekabr 2024

Ermənistan-Türkiyə sərhədi pozulub.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, insident 11 dekabr saat 03:20-də Ararat vilayətinin Rançpar kəndində baş verib.

Hazırda zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, hələlik Türkiyə tərəfinin məsələ ilə bağlı rəsmi açıqlaması yoxdur.



Xəbər xətti