Bu ölkədə 7,1 bal gücündə zəlzələ oldu

08:19 7 Yanvar 2025

Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.



Xəbər xətti