ABŞ-da quş qripindən İLK ÖLÜM qeydə alındı

12:15 7 Yanvar 2025

ABŞ-nin Luiziana ştatında quş qripinin ağır forması ilə xəstəxanaya yerləşdirilən xəstə vəfat edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hesabatlara əsasən ABŞ-da H5N1 quş qripi virusundan ilk insan ölümü faktı qeydə alınıb.

Mərhumun yaşı 65-dən yuxarı olub. O, ev və çöl quşlarla təmas nəticəsində quş qripinə yoluxub.

Qeyd edilir ki, bundan əvvəl Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri Luiziana xəstəsindəki virusun mutasiyaya uğradığını və onu daha yoluxucu hala gətirdiyini söyləmişdilər.

Nəşr qeyd edir ki, ABŞ-da insanların H5N1 virusuna yoluxması ilə bağlı ən azı 66 hadisə qeydə alınıb. Luiziana hadisəsi istisna olmaqla, xəstəliyi hamı yüngül formada keçirib. 



Xəbər xətti