Yaponiyada da güclüzəlzələ oldu

13:58 7 Yanvar 2025

Yaponiyada 6 maqnitudalı zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Sakit okeandakı ucqar Tori adalarında, ocağı isə 420 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, daha əvvəl Nepal və Çində güclü zəlzələ baş vermişdi.



Xəbər xətti