Paşinyanın baldınızının malikanəsi qarət edildi

13:40 22 Yanvar 2025

Naməlum şəxslər hakim “Mülki müqavilə” partiyasından olan deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın qudası Qraçya Akopyanın malikanəsini qarət ediblər.

Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.

“Oğurluq ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışır. O, yaxınlarına bildirib ki, lüzumsuz spekulyasiyalara yol verməmək üçün bu məlumatı ictimailəşdirmək istəmir. Ancaq buna baxmayaraq, həmkarının "bədbəxtliyi" "Dövlət Dumasında" fəal şəkildə müzakirə olunur. Bəziləri istehza ilə qeyd edir ki, Qraçya öz malikanəsində daha çox yaşasaydı, o, qarət olunmazdı, amma o, bütün il səyahət edir, oğrular bundan istifadə edirdilər".

Ermənistan Daxili İşlər Nazirliyindən qəzetin sorğusuna cavab olaraq bildirdilər ki, yanvarın 14-də Dzoraxbyurdakı malikanələrdən birindən oğurluq edilməsi barədə məlumat daxil olub və materiallar İstintaq Komitəsinə göndərilib. Ev Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Akopyan tərəfindən alınıb”, - nəşr qeyd edir.

Tehran,

Sitat.info 



Xəbər xətti