Türkiyə prosesə daxil olur: ABŞ Ermənistan siyasətini Ankara ilə uzlaşdıracaq

16:47 24 Yanvar 2025

"ABŞ dövlət katibi Marko Rubio ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında Yaxın Şərqdə baş verən siyasi -hərbi proseslər və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi müzakirə edilib. Göründüyü kimi, Ankara Ermənistan-Azərbaycan məsələsini gündəmində saxlayır və Vaşinqtonla müzakirə etməklə, prosesin tam Ermənistanın leyhinə işləməsinə imkan vermir. Həmçinin dövlət katibi ilə Ermənistan Azərbaycan arasında sülh müqaviləsi məsələsini müzakirə etməsi, Ankaranın prosesdə aktiv rol aldığının mesajıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz siyasətini Türkiyə ilə kordinasiyalı davam etdirəcək: " Bir neçə gün bundan əvvəl, Ermənistanın C. Bayden adminstrasiyasi ilə bağladığı "İkitərəfli strateji tərəfdaşlıq" sazişi birbaşa Vaşinqton -İrəvan dialoqunun formalaşmasına gətirməyəcək. Xüsusilə, D. Tramp administrasiyası Ankara ilə Ermənistan siyasətini uzlaşdıracaq. Ona görə də Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalı və Türkiyə ilə normallaşma prosesinə getməyə məcbur olacaq".

M.Əsədullazadə Ermənistanın Vaşinqtondan siyasi-hərbi gözləntiləri "arzu" olaraq qalacaq: "ABŞ Ermənistana dövlət yardımlarını dayandırıb. Həmçinin proses Azərbaycanla sülh müqaviləsi bağlamadan keçir.  Paşinyan Vaşinqtona işgüzar səfəri prosesi dəyişməyəcək".

Seymur Bənnayev,

Sitat.info 



Xəbər xətti