"Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın bu layihəsini qəbul etməyəcək" - Politoloq

16:45 28 Yanvar 2025

"Prezident İlham Əliyev Nəqliyyat müşavirəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlıq etdi. Həmçinin Ermənistanın "Sülh kəsişməsi" layihəsinin Azərbaycansız beş qəpiklik olduğunu vurğuladı. Həqiqətən də Ermənistanin "Sülh kəsişməsi " layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə "Sülh kəsişməsi " layihəsi reallaşmır?!"

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Paşinyanın bu layihəsini müxtəlif dairələr dinləyir, amma real baxmırlar: "Çünki Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihəsi baş tutmayacaq. Türkiyə "Zəngəzur" dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır. Suriyada Türkiyənin MİT rəhbəri İ. Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə  Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər və xəbərdarlıqlar edir. Hələki, N. Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb.

M.Əsədullazadə vurğulayıb ki, nə Azərbaycan, nə də Türkiyə Ermənistanın "Sülh kəsişməsi" layihəsini qəbul etməyəcək: " Azərbaycan Naxçıvanla birləşəcək yolu  İran ərazisindən inşa edir. Bu yol işə düşdükdən sonra, Ermənistan rəhbərliyi "Zəngəzur" dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq".

Məğrur,

Sitat.info



Xəbər xətti