Tramp neftin ucuzlaşmasını buna görə istəyir: Azərbaycana təsirləri necə olacaq?

14:35 29 Yanvar 2025

 Son dövrlərdə Trampın neftin qiymətinin ucuzlaşmasına yönələn siyasəti dünya bazarına ciddi təsir göstərib. Bu prosesi nəzərə alaraq, ekspertlər neftin qiymətinin 40-45 dollar səviyyəsinə qədər enə biləcəyini gözləyirlər. Lakin, bu proses nə vaxtadək davam edəcək və Azərbaycan büdcəsi neftin qiymətinin 70 dollardan aşağı olmasına necə reaksiya verəcək?

İqtisadçı ekspert Natiq Cəfərli Sitat.info-ya açıqlamasında bildirib ki, Trampın hakimiyyəti dövründə neftin qiymətinin aşağı olmasının gözləniləndir: "Bu, birdən-birə baş verməyəcək, tədrici bir proses kimi davam edəcək. Trampın bu məsələdə əsas məqsədi Rusiyanın beynəlxalq danışıqlarda təzyiq gücünü azaltmaq və eyni zamanda ABŞ-da inflyasiyanı aşağı salmaqdır". 

N. Cəfərli, ABŞ-da benzin və dizel qiymətlərinin inflyasiyaya böyük təsir göstərdiyini qeyd edib: "Amerika, avtomobillərlə yükdaşımaların həyata keçirildiyi bir ölkədir. Buna görə də yanacaq qiymətlərinin yüksək olması, digər məhsul və xidmətlərin qiymətlərinə də təsir edir. Tramp, benzinin qiymətinin aşağı düşməsi ilə inflyasiyanı nəzarətdə saxlamağa çalışır, bu isə xalqın rifahına daha çox uyğundur." 

İqtisadçı həmçinin vurğulayıb ki, Tramp ABŞ-ın daxili resurslarından, xüsusilə də neft və qaz yataqlarından daha effektiv istifadə etmək istəyir və bu amillərin cəmiyyətdəki sosial rifahı artıracağı gözlənilir.

Neft ucuzlaşarsa, bunun Azərbaycana təsirləri necə olacaq? Dövlət büdcəsində hansısa çətinlik yarana bilərmi?

Bu sualları cavablandıran iqtisadçı bildirdi ki, Azərbaycan kimi neft ixracatçısı ölkə üçün, neftin qiymətinin 70 dollardan aşağı düşməsi ciddi bir problem yarada bilər.

Natiq Cəfərli əlavə edib ki, neftin qiymətinin hazırda 70 dollar civarında olmasının risklidir: "İlin sonuna yaxın qiymətin 60 dollara enəcəyini proqnozlaşdırılır. Bu, ölkənin büdcəsinə ciddi təsir göstərə bilər".

Tehran,

Sitat.info



Xəbər xətti