Kapital Bank üzrxahlıq etdimi?

13:11 30 Yanvar 2025

"Ötən günlər baş verənlərlə bağlı Kapital Bank-ın rəsmi açıqlamalarına, problemin nədən qaynaqlandığına, üzrxahlığına rast gəlmədim. Bir az göz gəzdirdim rəsmi resurslarına, ağlabatan bir şey tapa bilmədim. "Birbank" tətbiqinin 7 saat müddətində çökməsi ilə bağlı rəsmi açıqlama, üzrxahlıq olubmu?

Xatırladıram ki, o cür ciddi bir problemdən sonra bütün ölkə üzrə ən böyük şəbəkəyə malik olan bir bankın heç bir açıqlama verməməsi və üzr istəməməsi bankçılıq etikası və beynəlxalq standartlara uyğun deyil".

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O bildirib ki, hətta belə hallardan sonra adətən banklar müştərilərinə kompensasiya olaraq kiçik hədiyyəılər də təqdim edirlər: "Eyni zamanda tənzimləyici qurum olan Mərkəzi Bankın baş verənləri dəyərləndirməsi, əgər problem Kapital Bank-dakı çatışmazlıqlar və qeyri-peşəkarlıqla bağlıdırsa buna münasibət bildirməsi, bununla bağlı açıqlama yayması da məntiqli və doğru olardı".

Məğrur,

Sitat.info



Xəbər xətti